Xəzər Xəbər

"Qalatasaray"ın transfer bombası: "Bavariya"nın ulduzu gəlir

İdman | 15:43 • 27 Fevral 2019
"Qalatasaray"ın transfer bombası:

"Qalatasaray" "Bavariya"dan Frank Riberini transfer edəcək.


Bu barədə Almaniya və Fransanın aparıcı media orqanları məlumat yayıb.


Frank Riberi və Aryen Robbenin mövsümün sonunda "Bavariya" ilə müqaviləsi başa çatır. Bir neçə gün əvvəl Münhen klubunun prezidenti bu iki futbolçu ilə müqavilə imazalamayacaqlarını bildirib.


Bundan sonra Riberinin 2005-ci ildə 6 ay oynadığı "Qalatasaray"a dönəcəyi iddia olunub.


Qeyd edək ki, "Bavariya" Riberini 2007-ci ildə "Marsel"dən 30 milyon avroya alıb. 35 yaşlı futbolçu cari mövsümdə 27 oyuna çıxaraq 5 qol vurub və 1 məhsuldar ötürmə edib.


Fanat.Az

Xəbər lenti