Xəzər Xəbər

Avropa nəhəngləri onu istəyir

İdman | 14:49 • 27 Fevral 2019
Avropa nəhəngləri onu istəyir

Fəaliyyəti ilə qısa zamanda özündən söz edirən "Roma"nın idman direktoru Monçi tezliklə İtaliya klubundan ayrılacaq.


Radya Naynqqolan və Alisson Beker kimi ulduzların satılmasından sonra ispan mütəxəssisin azarkeşlərlə münasibətləri pisləşib. Bu futbolçuların Monçinin qərarı ilə satıldığını düşünən fanatlar rəhbəriklə üz-üzə gəlib.


Azarkeşlərin qəzəbinə tuş gələn klub rəhbərliyi isə idman direktorunu "qurban vermək" niyyətindədi.


Amma ispaniyalı klub rəsmisi uzun müddət işsiz qalmayacaq. Belə ki, "Arsenal", PSJ və "Sevilya"nın onun xidmətində maraqlı olduğu deyilir. "Corriere dello Sport"un xəbərinə görə, hətta Monçiyə "Sevilya"nın prezident postu da təklif olunub.


Qeyd edək ki, Monçinin idman direktoru olduğu dövrdə Xavyer Pastore, Ric Karsdorp, Federiko Fazio, Aleksandr Kolarov, Patrik Şik, Defrel, Robin Olsen və Cengiz Ünder kimi futbolçuların alınmasına 200 milyon avrodan çox pul xərclənib.


Fanat.Az

Xəbər lenti