Xəzər Xəbər

"Barselona" kamerunlu qapıçını transfer etmək istəyir

İdman | 13:31 • 27 Fevral 2019
"Barselona" kamerunlu qapıçını transfer etmək istəyir

Klub onun yerinə Hollandiya "Ayaks"ından Andre Onanı əsas namizəd hesab edir.

İspaniyanın "Barselona" klubu heyətinə yeni qapıçı cəlb etməyi planlaşdırır.

Kataloniya təmsilçisi yay transfer pəncərəsində qapıçısı Yasper Sillessenlə yollarını ayırmaq istəyir. Klub onun yerinə Hollandiya "Ayaks"ından Andre Onanı əsas namizəd hesab edir.

22 yaşlı qapıçı "Ayaks"ın yetirməsidir və 2016-2017 mövsümündən etibarən əsas komandada oynayır. Kamerun millisinin də formasını geyinən Onan bu mövsüm bütün turnirlər daxil olmaqla 37 oyun keçirib. (report)

Xəbər lenti