Xəzər Xəbər

"Lester"in yeni baş məşqçisi açıqlandı

İdman | 17:57 • 26 Fevral 2019
"Lester"in yeni baş məşqçisi açıqlandı

İngiltərənin "Lester" klubunun yeni baş məşqçisi müəyyənləşib.


"Daily Mail” xəbər verir ki, Premyer Liqa təmsilçisi Şotlandiyanın "Seltik” klubunun baş məşqçisi Brendan Rocerslə anlaşıb. Onun təyinatı bu gün Premyer Liqanın XXVIII turu çərçivəsində "Brayton”la ev oyununa qədər açıqlanacaq.


46 yaşlı mütəxəssis bu posta bir neçə gün əvvəl istefaya göndərilmiş Klod Püeli əvəzləyəcək. "Lester”in yeni baş məşqçi üçün "Seltik”ə 6,9 milyon avro təzminat ödəyəcəyi bildirilir.


Qeyd edək ki, 2016-cı ildən "Seltik”də çalışan Rocers "Çelsi"nin gənclər komandasında işləyib, "Uotford”, "Redinq”, "Suonsi” və "Liverpul”a başçılıq edib. "Lester” hazırda 32 xalla 12-ci pillədə qərarlaşıb.


Fanat.Az

Xəbər lenti