Xəzər Xəbər

"Lester"in yeni baş məşqçi postuna 3 namizəd

İdman | 16:03 • 26 Fevral 2019
"Lester"in yeni baş məşqçi postuna 3 namizəd

"Lester"in baş məşqçisi postuna namizəd mütəxəssislər məlum olub.


"Sky Sports" xəbər verir ki, klub rəhbərliyinin siyahısında Roberto Martines (Belçika millisi), Brendan Rocers ("Seltik") və Rafael Benitesin ("Nyukasl") adları var.


Hazırda hər üç adı hallanan məşqçi işsiz olmadığından, "Lester" mövsümün sonuna kimi müvəqqəti çalışdırıcı ilə yoluna davam etmək niyyətindədi.


Xatırladaq ki, yaxın günlərdə Klod Püel istefaya göndərilmişdi.


Fanat.Az

Xəbər lenti