Xəzər Xəbər

"Barselona"dan ulduz futbolçu ilə bağlı qərar: Göndərilir

İdman | 15:48 • 26 Fevral 2019
"Barselona"dan ulduz futbolçu ilə bağlı qərar:

"Barselona" Luis Suareslə bağlı qərar verib.


Qeyd edək ki, 2014-cü ildə "Liverpul"dan "Barselona"ya 81,72 milyon avroya transfer olunan Suares Kataloniya klubunda keçirdiyi 231 oyunda 168 qol vurub.


Uruqvaylı forvardın performansı müzakirələrə səbəb olub. İddialara görə, "Barselona" rəhbərliyi Suaresi mövsümün sonunda yola salmaq qərarı verib. Artıq onun yerinə yeni hücumçunun alınması ilə bağlı axtarışlar başlayıb.


1. Kilian Mbappe (PSJ, Fransa) - 48%

2. Harri Keyn (Tottenhem, İngiltərə) 14 %

3. Luka Yoviç (Ayntraxt, Almaniya) - 7%

4. Maksi Qomes (Selta, İspaniya) - 4%

5. Neymar (PSJ, Fransa) - 4%

6. Roberto Firmino (Liverpul, İngiltərə) - 3%

7. Mauro İkardi (İnter, İtaliya) - 3%

8. Andre Silva (Sevilya, İspaniya) - 2%

9. Kriştof Pyatek (Milan, İtaliya) - 2%

10. Timo Verner (Leytspiq, Almaniya) - 2 %

11. Antoine Qrizmann (Atletiko, İspaniya) - 2%

12. Nicolas Pepe (Lill, Fransa) - 2%


Qeyd edək ki, "Ayntraxt"da icarə əsasında çıxış edən Luka Yoviç "Benfika"ya, "Sevilya"ya icarəyə verilən Andre Silva "Milan"a məxsusdu.


Fanat.Az

Xəbər lenti