Xəzər Xəbər

Lionel Messi dünyada ən çox driblinq edən futbolçudur

İdman | 14:20 • 26 Fevral 2019
Lionel Messi dünyada ən çox driblinq edən futbolçudur

"Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi dünyada ən çox driblinq edən futbolçudur.


Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, "CIES Football Observatory” analitik mərkəzi 2018-ci ildə Avropanın ən böyük beş liqasında ən çox driblinq edən 50 futbolçunun siyahısını dərc edib. Siyahının birinci pilləsində 31 yaşlı argentinalı hücumçu qərarlaşıb. O, orta hesabla hər 19.2 dəqiqədən bir driblinq edib. Fransanın "Nitsa” komandasının hücumçusu Allan Sen-Maksimen (19.8) ikinci, Belçikalı hücumçu Eden Hazard (21.0) isə üçüncü yerdə qərarlaşıblar. Kilian Mbappenin 29-cu olduğu siyahıya Kriştiano Ronaldonun adı daxil edilməyib.


Təhlillər ən azı 1800 dəqiqə meydanda olan futbolçular arasında aparılıb.

Xəbər lenti