Xəzər Xəbər

Nikola Yurçeviç: "Toplanışa çağırılacaq futbolçuların 80-90 faizini müəyyənləşdirmişəm" - MÜSAHİBƏ

İdman | 18:03 • 25 Fevral 2019
Nikola Yurçeviç:

Milli komandamızın baş məşqçisi Nikola Yurçeviç futbolinfo.az saytına müsahibə verib.

XəzərXəbər xorvatiyalı mütəxəssisin müsahibəsini təqdim edir:

- Siz Azərbaycandasınız?

- Bəli, bir çox görüşlər keçirirəm. İşə yeni başlamışam və hər şeyi qaydasına qoymalıyam.

- Premyer Liqanın son turunun oyunlarını izlədinizmi?
- Əlbəttə ki, izlədim. 2 sürpriz oldu, "Qarabağ” "Sabah”la heç-heçə etdisə, "Neftçi” "Səbail”ə uduzdu. "Neftçi”nin "Qarabağ”dan uzaqlaşmaq üçün yaxşı şansı var idi. Amma bunu əldən verdi. Əslində, bu, çox maraqlıdır. Hər iki komandanın çempionluq şansları eyni olaraq qalır və bu rəqabət deməkdi.

- AFFA ilə rəsmi müqavilə imzaladınızmı?
- Bütün detallar həllini tapıb. Aramızdakı danışıqlar rəsmi şəkildə başa çatıb.

- AFFA Robert Prosineçki ilə müqavilə imzalayarkən onun qarşısına daha çox Azərbaycanda yaşamağı və Premyer Liqanın matçlarını izləmək şərti qoymuşdu...
- Eyni şərtlər bizdə də var. Mənim yoldaşım Bakıya gələcək və biz vaxtımızın çox hissəsini burada keçirəcəyik. Bu, dəyişməz olaraq qalır.

- Çempionat oyunlarını izləmisinizsə, deməli, artıq milliyə kimlərin dəvət alacağı bəllidir...
- Hər mövqe üçün ən azı 2 futbolçu lazımdır. 80-90 faiz müəyyənləşdirmişəm ki, toplanışa kimlər çağırılacaq. Amma qarşıda yenə oyunlar var və bizim diqqətimizi çəkən oyunçular ola bilər. Daha 3 tur oynanılacaq və dəyişən şeylər mümkündü. Amma böyük əksəriyyəti bəllidi.

- Litvaya qarşı yoldaşlıq matçı keçirəcəksiniz və bu, ağır Xorvatiya matçından sonra olacaq...
- Bütün komandalara çətin olacaq. Müasir futbolda asan komanda yoxdur. Ümumiyyətlə, bizim ardıcıl oyunlar keçirməyimiz lazımdı. Demək olar ki, bütün komandalar yoldaşlıq görüşləri oynamağa çalışacaq. Bizim üçün istənilən halda Xorvatiya matçı çox vacibdir. Amma həmin qarşılaşmada meydana çıxmayan futbolçular olacaq. Böyük ehtimalla həmin oyunçular sınaq qarşılaşmasının start heyətində yer alacaq.

- Yerli köməkçinizin adına aydınlıq gəldi?
- Bir neçə namizəd var ki, nəzərdən keçirib danışırıq. Amma sizə konkret ad deyə bilməcəyəm.

Xəbər lenti