Xəzər Xəbər

Türkiyə Super Liqasında baş məşqçi dəyişikliyi

İdman | 17:49 • 25 Fevral 2019
Türkiyə Super Liqasında baş məşqçi dəyişikliyi

Kemal Özdeşlə yollarını ayıran "Göztepe"nin yeni baş məşqçisi müəyyənləşib. Super Liqa klubu sabiq çalışdırıcısı Tamer Tunaya tapşırılıb.

Bu barədə "Bein Sports" məlumat yayıb. Bildirilir ki, artıq tərəflər razılığa gəlib.

Tamer Tuna ötən mövsüm "Göztepe"ni çalışdırmış və mövsümün sonunda postundan getmişdi. Onun son iş yeri "Sivasspor" olub.

Xəbər lenti