Xəzər Xəbər

Məşhur futbolçu ABŞ-da klub alıb

İdman | 10:06 • 25 Fevral 2019
Məşhur futbolçu ABŞ-da klub alıb

İtaliya "Yuventus"unun sabiq hücumçusu Alessandro Del Pyero ABŞ-ın Los-Anceles şəhərində LA10FC futbol klubunun sahibi olub.


Bu barədə məşhur oyunçunun özü açıqlama verib.


O, 2018-ci ilin sonlarında həvəskarlar liqasında çıxış edən kiçik klub aldığını bildirib. Del Pyero bu xəbəri ilk dəfə ictimaiyyətə çatdırmasının səbəbini belə izah edib: "Bu layihə məni dərhal fəth etdi. Komandanın rəngləri ağ, qara və bozdur". ("Report")

Xəbər lenti