Xəzər Xəbər

İngiltərə kubokunun qalibi müəyyənləşib

İdman | 09:07 • 25 Fevral 2019
İngiltərə kubokunun qalibi müəyyənləşib

İngiltərə kubokunun (FA) final görüşü keçirilib.


Xezerxeber.az xəbər verir ki, görüşdə "Mançester Siti” – "Çelsi” komandası ilə qarşılaşıb.


Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə hesab açılmayıb. Əlavə olunmuş dəqiqələrdə də komandaların cəhdləri uğursuz olub.


Penaltilər seriyasında daha dəqiq olan "Mançester Siti” (4:3) tarixində altıncı dəfə İngiltərə kubokunun sahibi olub. "Çelsi”nin heyətində Jorjinyo, David Luiz, "Mançester Siti”də isə Bernardo Silva zərbələrini dəqiq yerinə yetirə bilməyiblər.

Xəbər lenti