Xəzər Xəbər

"Səbail" "Neftçi"ni məğlum etdi

İdman | 19:23 • 24 Fevral 2019
"Səbail" "Neftçi"ni məğlum etdi

Bu gün futbol üzrə Azərbaycan çempionatının 18-ci turu çərçivəsində növbəti oyunlar keçirilir.


Xezerxeber.az xəbər verir ki, turun mərkəzi qarşılaşması "Bakcell Arena”da keçirilib. Çempionatın lideri "Neftçi” üçüncü pillədə qərarlaşan "Səbail” komandasını qəbul edib. Orxan Məmmədovun idarə etdiyi oyun "Səbail” klubunun xeyrinə başa çatıb – 2:1.


Qonaqların heyətində Kevin Kubemba (35) və Yevgeni Koçuk (43), meydan sahiblərinin heyətində isə Baqali Dabo (56) fərqləniblər.


Beləliklə, "Səbail” bu qələbədən sonra xallarının sayını 30-a çatdırıb, hesabında 38 xal olan "Neftçi" və "Qarabağ" birinci-ikinci yerləri bölüşürlər.


Turun son görüşü "Kapital Bank Arena”da saat 18:30-da başlayacaq. "Zirə” səfərdə "Sumqayıt”la qarşılaşacaq.


Xatırladaq ki, 18-ci tur fevralın 23-də start götürüb. "Qarabağ” səfərdə "Sabah”la (1:1), "Qəbələ” isə öz meydanında "Keşlə” ilə (0:0) heç-heçə edib.

Xəbər lenti