Xəzər Xəbər

"Barselona" Messinin het-triki sayəsində "Sevilya"nı məğlubiyyətə uğradıb

İdman | 09:18 • 24 Fevral 2019
"Barselona" Messinin het-triki sayəsində "Sevilya"nı məğlubiyyətə uğradıb

Fevralın 23-də İspaniya La Liqasının 25-ci turu çərçivəsində növbəti oyun keçirilib.


Xezerxeber.az xəbər verir ki, La Liqanın son çempionu "Barselona" səfərdə "Sevilya"nın qonağı olub. Görüş kataloniyalıların 4:2 hesablı qələbəsi ilə başa çatıb.


"Barselona”nın heyətində Lionel Messi 26, 67 və 85-ci dəqiqələrdə fərqlənərək het-trik edib. Oyunda son nöqtəni isə 90-cı dəqiqədə Luis Suarez qoyub. "Sevilya"nın qollarına isə Xesus Navas (22) və Qabriel Merkado (42) imza atıblar.


Bu qələbədən sonra xallarının sayını 57-yə çatdıran "Barselona" turnir cədvəlində liderliyini qoruyub saxlayıb, "Sevilya" isə 37 xalla 5-ci yerdə qərarlaşıb.


Növbəti turda "Barselona" səfərdə əsas rəqibi "Real Madrid", "Sevilya" isə "Ueska" ilə qarşılaşacaq.

Xəbər lenti