Xəzər Xəbər

Aleksandr Dükov Rusiya Futbol İttifaqının yeni prezidenti seçilib

İdman | 14:38 • 22 Fevral 2019
Aleksandr Dükov Rusiya Futbol İttifaqının yeni prezidenti seçilib

"Zenit” klubunun İdarə Heyətin sədri Aleksandr Dükov Rusiya Futbol İttifaqının (RFS) yeni prezidenti seçilib.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, səsvermə qurumun növbədənkənar konfransında baş tutub. Dükov RFS prezidentliyinə seçkidə yeganə namizəd olub. O, yeni postda Vitali Mutkonu əvəzləyib.


"Bu etimad üçün hamıya təşəkkür edirəm. Mənim üçün bu böyük şərəf və məsuliyyətdir. Öhdəmizdə çətin tapşırıqlar var, eyni zamanda onları həll etmək daha maraqlı olacaq. Biz komanda şəkilində əminəm ki, hər bir məsələləri həll edəcəyik”, – deyə Dükov bildirib.


Aleksandr Dükov RFS-in səkkizinci başçısı olub.

Xəbər lenti