Xəzər Xəbər

"Barselona"dan 100 milyonluq transfer cəhdi

İdman | 13:24 • 22 Fevral 2019
"Barselona"dan 100 milyonluq transfer cəhdi

"Barselona" "Mançester Yunayted"in futbolçusu Markus Raşfordu heyətinə qatmaq istəyr.


"El Mundo Deportivo" xəbər verir ki, Kataloniya klubu gənc ingilis üçün 100 milyon avro təklif edir. Hələlik nə "Mançester Yunayted" futbolçunu satmağa razıdı, nə də 21 yaşlı hücumçu özü yetirməsi olduğu klubdan getmək istəyir.


Qeyd edək ki, Raşford bu mövsüm oynadığı 32 oyunda 10 qol vurub və 8 məhsuldar ötürmə edib.


Fanat.Az

Xəbər lenti