Xəzər Xəbər

Bu gün UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin cavab oyunları keçiriləcək

İdman | 15:34 • 21 Fevral 2019
Bu gün UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin cavab oyunları keçiriləcək

Fevralın 21-də oynanılacaq 15 qarşılaşma ilə UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinə yekun vurulacaq.


Xezerxeber.az xəbər verir ki, 8 oyun Bakı vaxtı ilə saat 21:55-də, qalan 7 görüş isə saat gecə saat 12-də başlayacaq.


Mərhələnin oyunları aşağıdakılardır:


Saat 21:55-də


"Arsenal” (İngiltərə) - BATE (Belarus) – ilk oyun - 0:1;


"Dinamo” (Zaqreb, Xorvatiya) – "Viktoriya” (Plzen, Çexiya) – 1:2;


"Ayntraxt” (Frankfurt, Almaniya) – "Şaxtyor” (Donesk, Ukrayna) – 2:2;


"Napoli” (İtaliya) – "Sürix” (İsveçrə) – 3:1;


"Zaltsburq” (Avstriya) – "Brügge” (Belçika) – 1:2;


"Valensiya” (İspaniya) – "Seltik” (Şotlandiya) – 2:0;


"Vilyarreal” (İspaniya) – "Sportinq” (Portuqaliya) – 1:0;


"Zenit” (Rusiya) – "Fənərbağça” (Türkiyə) – 0:1;


Saat 12-də


"Bayer” (Leverkuzen, Almaniya) – "Krasnodar” (Rusiya) – 0:0;


"Benfika” (Portuqaliya) – "Qalatasaray” (Türkiyə) - 2:1;


"Çelsi” (İngiltərə) – "Malmö” (İsveç) – 2:1;


"Dinamo” (Kiyev, Ukrayna) – "Olimpiakos” (Yunanıstan) – 2:2;


"Genk” (Belçika) – "Slaviya” (Praqa, Çexiya) – 0:0;


"İnter” (İtaliya) – "Rapid” (Vyana, Avstriya) – 1:0;


"Betis” (İspaniya) – "Renn” (Fransa) – 3:3;


İspaniyanın "Sevilya” klubu İtaliyanın "Latsio” komandasını hər iki oyunda məğlub edərək (1:0, 2:0) səkkizdəbir finala vəsiqə qazanıb.


UEFA Avropa Liqasının final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər lenti