Xəzər Xəbər

Pike `Real`ı ələ saldı

İdman | 11:32 • 21 Fevral 2019
Pike `Real`ı ələ saldı

"Barselona”nın müdafiəçisi Jerar Pike "Real" haqda maraqlı açıqlama verib.

Müdafiəçi İspaniya mətbuatına açıqlamasında Madrid klubunun daima hakimlərdən şikayətçi olduğunu deyib:

"Real” illərdir mütəmadi olaraq hakimlərdən şikayətçidir. Həm futbolda, həm də basketbolda narazılıq edirlər. Şükürlər olsun ki, başqa komandaları yoxdur. Yoxsa həndbol və hokkeydə də hakimlərdən şikayət edərdilər. Şikayət etmək həmişə "Real”ın taktikası olub. Biz buna alışmalıyıq".

Qeyd edək ki, basketbol üzrə İspaniya kubokunun finalında "Real” və "Barselona” komandaları qarşılaşıb. Əlavə vaxtda uduzan madrid təmsilçisi görüşdən sonra rəsmi saytı vasitəsilə hakimlərin onların əleyhinə olan səhv qərarlar verdiyini bəyan edib.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti