Xəzər Xəbər

"Real"ın 45 milyon avroya aldığı gənc Madridə getməyəcək

İdman | 15:01 • 20 Fevral 2019
"Real"ın 45 milyon avroya aldığı gənc Madridə getməyəcək

"Real”ın Braziliyanın "Santos” klubundan 45 milyon avroya aldığı Rodriqo Qoes yayda Madridə getməyə bilər.

"Mundo deportivo” xəbər verir ki, 18 yaşlı oyunçu özü belə deyib. O, 2019-cu ili indiki klubunda keçirmək ehtimalının yüksək olduğunu söyləyib.

Belə ki, "Santos”un prezidenti Xose Karlos Reyes bu ilin yanvarında "Real”a bununla bağlı rəsmi məktub göndərərək Qoesin ilin sonuna qədər İspaniya təmsilçisinə yollanmamasını xahiş edib.

Qeyd edək ki, gənc hücumçu "Santos”da 61 oyun keçirməyə imkan tapıb.

Fanat.Az

Xəbər lenti