Xəzər Xəbər

ABŞ Futbol Federasiyası Yurgen Klinsmana 3,3 milyon dollar təzminat ödəyib

İdman | 19:38 • 19 Fevral 2019
ABŞ Futbol Federasiyası Yurgen Klinsmana 3,3 milyon dollar təzminat ödəyib

ABŞ Futbol Federasiyası bu ölkənin milli komandasının sabiq baş məşqçisi almaniyalı Yurgen Klinsmana 3,3 milyon dollar məbləğində təzminat ödəyib.


Bu barədə xezerxeber.az xarici mediaya istinadən xəbər verir.


Y.Klinsmanın istefaya göndərilməsinin səbəbi ABŞ yığmasının dünya çempionatının seçmə mərhələsində uğursuz çıxışı olub. Keçirdiyi hər iki görüşdə məğlub olan ABŞ millisi qrupda sonuncu pillədə qərarlaşıb.


Almaniyalı mütəxəssis 2011-ci ildən ABŞ yığmasına rəhbərlik etməyə başlayıb. 2013-cü ildə onun müqaviləsinin müddəti daha beş il uzadılsa da, mütəxəssis 2016-cı ilin noyabrında istefaya göndərilib.

Xəbər lenti