Xəzər Xəbər

İngiltərə kubokunun dörddəbir final mərhələsinin püşkü atılıb

İdman | 18:01 • 19 Fevral 2019
İngiltərə kubokunun dörddəbir final mərhələsinin püşkü atılıb

Futbol üzrə İngiltərə kubokunun (FA) 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.


Xezerxeber.az xəbər verir ki, püşkatmaya əsasən "Suonsi Siti” klubu "Mançester Siti” ilə, "Votford” "Kristal Palas”la, "Vulverhempton” "Mançester Yunayted”lə, "Milluoll” isə "Brayton”la qarşılaşacaq. Dörddəbir finalin oyunları martın 15-dən 18-dək keçiriləcək.


Qeyd edək ki, turnirin son çempionu "Çelsi” səkkizdəbir final mərhələsində "Mançester Yunayted”ə məğlub olub (2:0).


Xəbər lenti