Xəzər Xəbər

Neymarın atasından transfer açıqlaması: "Barselona"ya gedir?

İdman | 15:01 • 19 Fevral 2019
Neymarın atasından transfer açıqlaması:

2017-ci ildə "Barselona"dan PSJ-yə keçən Neymarla bağlı transfer xəbərləri yayılmaqda davam edir. Braziliyalı ulduzun "Barselona", "Mançester Yunayted" və "Real"ın maraq dairəsində olduğu bildirilir.


Neymarın atası iddialarla bağlı açıqlama verib. Fransanın TF1 telekanalında yayımlanan "Telefoot" danışan ata Neymar "Barselona" ilə danışıqlar aparmalarına dair iddiaları təkzib edib: "Neymarla bağlı yalnız iki nəfər danışa bilər: Mən və özü. Heç bir zaman "Barselona" ilə danışıqlar aparmamışıq".


Oğlu barəsində dedi-qoduların yayılmasının normal olduğunu bildirən ata Neymar "Oğlumun bu günü də, gələcəyi də Parisdədi. Amma futbolda gələcəklə bağlı fikir bildirmək çətindi. Hər an hər şey ola bilər" deyib.


Fanat.Az

Xəbər lenti