Xəzər Xəbər

"Mançester Yunayted"dən Lukaku qərarı

İdman | 14:38 • 18 Fevral 2019
"Mançester Yunayted"dən Lukaku qərarı

"Mançester Yunayted"də Joze Mourinyonun ayrılığından sonra az forma şansı qazanan Romelu Lukaku barədə qərar verilib.

 

XəzərXəbər "Daily Mirror"a istinadən xəbər verir ki, Ole Qunnar Sulşerin planlarında yer almayan belçikalı forvardla mövsümün sonunda yollar ayrılacaq. Xəbərdə Lukakunun bu qərara etiraz etməyəcəyi və "qırmızı şeytanlar"dan ayrılmağa müsbət baxdığı qeyd edilib. 25 yaşlı futbolçunun "Yuventus"da oynamaq istədiyi vurğulanıb.

 

Qeyd edək ki, Lukaku "Mançester Yunayted"ə 2017-ci ildə "Everton"dan 75 milyon funt-sterlinqə transfer edilmişdi.

Xəbər lenti