Xəzər Xəbər

Çempionlar Liqası: “Barselona”nın oyunu Çakıra tapşırıldı

İdman | 13:09 • 18 Fevral 2019
Çempionlar Liqası:

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Lion” – "Barselona” və "Liverpul” – "Bavariya” matçları üçün hakim təyinatları məlum olub.

XəzərXəbər UEFA-nın saytına istinadən xəbər verir ki, türkiyəli FİFA referisi Cüneyt Çakır "Lion” – "Barselona” matçının baş hakimi təyin olunub. Ona Bahattin Duran və Tarık Engün kömək edəcək. Halis Özkahya isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.

"Liverpul” – "Bavariya” qarşılaşmasını İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Canluka Rokki, köməkçiləri isə Filippo Meli və Matteo Passeri olacaq. Paolo Valeri isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.

Hər iki qarşılaşma fevralın 19-da, saat 00:00-da start götürəcək.

Xəbər lenti