Xəzər Xəbər

"Mançester Siti" "Mançester Yenayted"in 80 milyonluq transferindən 12 milyon qazanacaq

İdman | 16:10 • 17 Fevral 2019
"Mançester Siti" "Mançester Yenayted"in

"Mançester Yunayted" "Borussiya"dan (Dortmund) Jadon Sançonu transfer etmək istəyir.


"The Sun" xəbər verir ki, İngiltərə klubu 18 yaşlı futbolçu üçün almanlara 80 milyon avro təklif etməyə hazırlaşır.


Jadon Sanço "Mançester Siti"nin yetirməsidi. "Borussiya" onu 2017-ci ilin yayında 8 milyon avroya alıb. Müqaviləyə əsasən 18 yaşlı hücumçu başqa Avropa klubuna satılacağı halda transfer haqqının 15 faizi "Mançester Siti"yə çatacaq. "Mançester Yenayted" Sançonu 80 milyon avroya alsa, "Mançester Siti" 12 milyon avro qazanacaq.


İngiltərə millisinin Trinidad və Toboqo əsilli üzvü cari mövsümdə 29 rəsmi oyuna çıxaraq 8 qol vurub və 13 məhsuldar ötürmə edib.


Fanat.Az

Xəbər lenti