Xəzər Xəbər

Cüdoçularımız İspaniya turnirinə uğurla başladılar

İdman | 10:49 • 17 Fevral 2019
Cüdoçularımız İspaniya turnirinə uğurla başladılar
İspaniyanın Fuengirola şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku turnirinə start verilib.


XəzərXəbər xəbər verir ki, Azərbaycan cüdoçuları beynəlxalq yarışın ilk günü 1 qızıl və 1 bürünc medal qazanıblar. 55 kq çəki dərəcəsində yarışan Nicat Məmmədli bütün rəqiblərinə qalib gələrək Avropa kubokunun qalibi olub.

66 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Mətin Rzazadə yalnız bir görüşdə uduzaraq 3-cü yeri tutub. Fuengirola turnirində 25 ölkədən 488 cüdoçu mübarizə aparır. Azərbaycanı beynəlxalq turnirdə 8 cüdoçu təmsil edir.

Xəbər lenti