Xəzər Xəbər

Türkiyə Superliqasının XXII turuna start verilib

İdman | 09:36 • 16 Fevral 2019
Türkiyə Superliqasının XXII turuna start verilib

Türkiyə Superliqasının XXII turunun ilk görüşündə turnir cədvəlində üçüncü pillədə qərarlaşan İstanbulun "Beşiktaş” komandası "Yeni Malatyaspor”la qarşılaşıb.


Xezerxeber.az xəbər verir ki, görüş qarşılıqlı hücumlar şəraitində keçsə də, oyunda qalib İstanbul təmsilçisi olub. Qarşılaşmanın qırxıncı dəqiqəsində "Malatyaspor”un hücumçusu qırmızı kart alaraq komandasını azlıqda qoyub. Bunu fütsət bilən qonaqlar Atiba Hutçinsonun qırx doqquzuncu dəqiqədə vurduğu qolla meydan sahiblərini mərkəzdən başlamaqa məcbur ediblər. Lakin Malatya təmsilçisi hücumçu Ömər Şişmanoğlunun vurduğu qolla hesabı bərabərləşdirib. Görüşün 70-ci dəqiqəsində isə "Beşiktaş”ın hücumçusu Adəm Lyayiç qələbə qolunu vurub. Oyun elə bu hesabla da başa çatıb.


Bu qalibiyyət sayəsində "Beşiktaş” xallarının sayını 39-a çatdıraraq turnir cədvəlində üçüncü pilləsindəki yerini bərkidib. "Yeni Malatyaspor” isə 34 xalla dördüncü yerdə qərarlaşıb.


Qeyd edək ki, turun digər oyunları fevralın 16, 17 və 18-də keçiriləcək.

Xəbər lenti