Xəzər Xəbər

İtaliya A Seriyası: “Yuventus” autsayder “Frosinone”nin qapısına üç qol vurub

İdman | 09:12 • 16 Fevral 2019
İtaliya A Seriyası: “Yuventus” autsayder “Frosinone”nin qapısına üç qol vurub

Fevralın 15-də İtaliya A Seriyasının 24-cü turuna start verilib.

Xezerxeber.az xəbər verir ki, turun açılış matçında turnir cədvəlinin lideri "Yuventus” klubu doğma azarkeşlər önündə autsayderi "Frosinone” komandasını qəbul edib.

Görüş Turin təmsilçisinin 3:0 hesablı qələbəsi ilə nəticələnib. "Qoca sinyora”nın heyətində Paolo Dibala (6), Leonardo Bonuci (17) və Kriştiano Ronaldo (63) fərqləniblər.

Bu qələbə sayəsində turinlilər xallarının sayını 66-ya çatdıraraq liderliyi qoruyub saxlayıb. "Frosinone” isə 16 xalla 19-cu yerdə qərarlaşıb. "Yuventus” növbəti turda səfərdə "Bolonya” ilə, "Frosinone” isə doğma meydanda "Roma”nı qonaq edəcək.

Xəbər lenti