Xəzər Xəbər

350 min avroya alınan futbolçunu 113 milyona transfer edirlər

İdman | 16:25 • 15 Fevral 2019
350 min avroya alınan futbolçunu 113 milyona transfer edirlər

"Mançester Yunayted" "Benfika"nın gənc ulduzu Joao Feliksi transfer edir.


İngiltərə klubu 19 yaşlı forvard üçün 100 milyon funt-sterlinqlik (təxminən 113,5 milyon avro) büdcə ayırıb.


"The Sun"un iddiasına görə, "Mançester Yunayted" artıq "Benfika" ilə danışıqlara başlayıb.


Qeyd edək ki, Feliks 2015-ci ildə - 15 yaşında "Draqon Forse"dən transfer olunub. "Benifka" onun üçün satəcə yetişdirmə haqqı olaraq 350 min avro ödəyib. Hazırda "Transfermarkt"ın 15 milyon avro qiymət qoyduğu futbolçu cari mövsümdə 24 rəsmi oyuna çıxaraq 9 qol vurub və 5 məhsuldar ötürmə edib.


Fanat.Az

Xəbər lenti