Xəzər Xəbər

"Yuve" rəhbərliyi 3 çalışdırıcını gözdən keçirir

İdman | 16:18 • 15 Fevral 2019
"Yuve" rəhbərliyi 3 çalışdırıcını gözdən keçirir

"Yuventus” Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazana bilməyəcəyi halda Massimiliano Alleqri baş məşqçi postunu tərk edə bilər.

Bu barədə məlumatı "Tuttosport” yayıb. Mənbə klub rəhbərliyinin indidən potensial çalışdırıcıların siyahısını hazırladığını vurğulayıb.

Əsas namizəd "Real”dan ayrılandan sonra işləməyə tələsməyən Zinəddin Zidandısa, "Liverpul”dan Yürgen Kloppun da Turində peyda olması mümkündü.Bundan başqa, 2006-2007 aralığında "qoca sinyora”nı matçlara çıxarmış fransızın – Didye Deşamın da İtaliyaya dönmək ehtimalı var.

Qeyd edək ki, "Yuventus” ÇL-in 1/8 finalında "Atletiko” ilə üz-üzə gələcək.

Fanat.Az

Xəbər lenti