Xəzər Xəbər

"Mançester Yunayted" Mourinyoya sərvət ödədi

İdman | 14:44 • 15 Fevral 2019
"Mançester Yunayted" Mourinyoya sərvət ödədi

Ötən ilin dekabrında Joze Mourinyonu istefaya yollayan "Mançester Yunayted”in portuqaliyalı çalışdırıcıya ödədiyi təzminatın məbləği müəyyənləşib.

XəzərXəbər "Daily Mirror"a istinadən xəbər verir ki,"qırmızı şeytanlar" 56 yaşlı mütəxəssisə 19,6 milyon funt-sterlinq(22 milyon avro) təzminat ödəyib.

Qeyd edək ki, Mourinyo 2016-cı ildə "Mançester Yunayted"in baş məşqçisi təyin edilmişdi. Onun müqaviləsi 2020-ci ilin yayında bitəcəkdi.

Xəbər lenti