Xəzər Xəbər

İngiltərə klubları qış transferində 178 milyon dollar xərcləyiblər

İdman | 12:03 • 15 Fevral 2019
İngiltərə klubları qış transferində 178 milyon dollar xərcləyiblər

FIFA 2018-2019-cu il mövsümünün qış transfer pəncərəsində beş ən güclü milli assosiasiyanın klublarının transfer statistikasını açıqlayıb.


Xezerxeber.az xəbər verir ki, ən güclü milli assosiasiyalara İngiltərə, Almaniya, İspaniya, İtaliya və Fransa daxildir. Bu ölkələri təmsil edən klublar transfer bazarında ümumi məbləğin 59.1 faizini xərcləyiblər. Nəticədə bu ölkələrin klubları ümumilikdə 591 transfer reallaşdırıblar. 2017-2018-ci il mövsümünün qış transferi ilə müqayisədə klubların xərcləri 6,4 faiz artıb.


İngiltərə klubları 2012-ci ildən ilk dəfədir ki, qış transfer pəncərəsindən daha az məbləğ sərf ediblər (178 milyon avro). Bu, İngiltərə klublarının 2018-ci ildəki rekord göstəricisindən 65 faiz azdır (509,3 milyon avro). İkinci yeri İtaliya (144,6 milyon avro, 45,9 faiz artım), üçüncü yeri Almaniya klubları tutur (112,5 milyon avro, 56,7). Dördüncü pillədə İspaniya klubları qərarlaşıblar (112 milyon avro, 70,1). İlk beşliyi isə Fransa komandaları tamamlayır. Belə ki, fransız klubları transfer bazarında 95,4 milyon avro xərcləyiblər.

Xəbər lenti