Xəzər Xəbər

"İnter"də İkardi zəlzələsi

İdman | 16:27 • 14 Fevral 2019
"İnter"də İkardi zəlzələsi

İtaliyanın "İnter" klubu müqaviləni uzatmaqla bağlı razılığa gələ bilmədiyi Mauro İkardidən kapitanlıq bazubəndini aldı.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, argentinalı hücumçu Milan təmsilçisinin Avropa Liqasının 1/16 final mərhələsində Vyana "Rapid"i ilə keçiriləcək görüşün iştirak ərizəsinə salınmayıb.

25 yaşlı forvardın "İnter"lə 2021-ci ilə kimi müqaviləsi var.

Qeyd edək ki, 2013-cü ildə "Sampdoriya"dan transfer edilən futbolçu 210 oyuna 122 qol vurub.

Xəbər lenti