Xəzər Xəbər

"Ayaks" cəbhəsində narazılıq VAR: "Belə qərar ayıbdır"

İdman | 16:21 • 14 Fevral 2019
"Ayaks" cəbhəsində narazılıq VAR: "Belə qərar ayıbdır"

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda evdə "Real"a uduzan (1:2) "Ayaks"ın baş məşqçisi Erik ten Haq açıqlama verib.

49 yaşlı mütəxəssis Nikolas Talyafikonun VAR-ın (Video Assistant Referee) qərarıyla ləğv edilən qoluna münasibət bildirib: "Bu, ayıb bir qərar oldu. Hakimlər bizə başqa açıqlama verdilər. Özüm də təkrarı gördüm. Oyundankənar vəziyyət olduğunu düşünmürəm".

Mütəxəssis gözəl oyun nümayiş etdirdiyi üçün futbolçularına təşəkkür edib:

"Oyunun çox hissəsində üstün olduq, aqressiv çıxış etdik. Ancaq bir az daha düzgün qərarlar verməli idik. "Real"a qarşı oynayan zaman şansları dəyərləndirməlisən. Belə olmasa, onlar oyunun taleyini həll edəcəklər. Komandama sahaib olduğu ruh üçün təşəkkür edirəm".

Xəbər lenti