Xəzər Xəbər

19 yaşlı futbolçu Çempionlar Liqasının tarixinə düşdü

İdman | 14:54 • 14 Fevral 2019
19 yaşlı futbolçu Çempionlar Liqasının tarixinə düşdü

"Roma” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Portu”nu 2:1 hesabıyla məğlub edib.

Görüşdə romalıların hər iki qolunun müəllifi olan Nikolo Zaniolo, Çempionlar Liqası tarixinə düşüb. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Belə ki, 19 yaşlı yarımmüdafiəçi Çempionlar Liqası tarixində qol vuran ən gənc ikinci italyan futbolçu olub. ÇL-də fərqlənən ən gənc italiyalı isə Mario Balotellidir.

Zaniolo həm də, Çempionlar Liqasında bir oyunda iki qol vurmağı bacaran ən gənc futbolçu ünvanını qazanıb.

"Portu” ilə "Roma” arasındakı cavab matçı martın 6-da keçiriləcək.

Xəbər lenti