Xəzər Xəbər

Məhəmməd Salahın yeni klubu 200 milyona transfer olunur

İdman | 17:51 • 13 Fevral 2019
Məhəmməd Salahın yeni klubu

Yayda Kriştiano Ronaldonu heyətinə qatan, ötən gün Aaron Remzinin transferini açıqlayan "Yuventus" daha bir dünya ulduzunu transfer edir.


"Sky News Arabia" xəbər verir ki, Turin klubu Məhəmməd Salahı hədəfə alıb. İddiaya görə, italyanlar misirli ulduz üçün "Liverpul"a 200 milyon avro transfer haqqı təklif edir.


Bu keçid reallaşsa, Salah Neymardan sonra dünyanın ən bahalı transferi olacaq. Braziliyalı ulduz "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olunub.


Qeyd edək ki, Salah cari mövsümdə Premyer Liqada 17 qol vurub və "Mançester Siti"dən Serxio Aquero ilə birlikdə bombardirlər yarışına başçılıq edir. "Transfermarkt" ona 150 milyon avro qiymət qoyub.


Fanat.Az

Xəbər lenti