Xəzər Xəbər

Transferə 90 milyon avro ödədilər, amma...

İdman | 17:35 • 13 Fevral 2019
Transferə 90 milyon avro ödədilər, amma...

İtaliyanın "İnter" klubu 20111-ci ildən indiyədək sol və sağ cinah müdafiəçisi mövqeyinə 12 futbolçu transfer edib.


Bu transferlərə 90 milyon avro xərclənsə də, problem həll olunmayıb.


Həmin 12 futbolçunu təqdim edirik:


Yuto Naqatomo- 2011-ci ildə 10,9 milyon avroya "Cesena"dan alınan yapon futbolçu 2,5 milyona "Qalatasaray"a satılıb


Conatan- 6 milyon avroya "Santos"dan transfer olunan braziiyalı bir neçə dəfə icarəyə verildikdən sonra komandadan yola salınıb


Alvaro Pereyra- 2012-ci ildə "Portu"dan 12,2 milyon avroya alınan futbolçu ümidləri doğrultmayıb və "Estudiantes"ə satılıb


Danilo D'Ambrosio- 2014-cü ildə "Torino"dan 3,8 milyon avroya alınıb və indiyədək komandada qalmağı bacaran yeganə cinah müdafiəçisidi. Hələ də oynayır


David Santon- 2014-cü ildə "Nyukasl"dan icarəyyə götürülüb. Zədə səbəbindən gözlənilən performansı sərgiləmədiyindən geri göndərilib. 2015-ci ildə 3,7 milyon avroya transfer hüququ alınıb. Lakin yenə ümidləri doğrultmayıb və 3 il sonra 9,5 milyona "Roma"ya transfer olunub


Dodo Pires- 2014-cü ildə 9,3 milyon avroya alınıb. Lakin 5,5 milyon avroya "Sampdoriya"ya satılıb


Kristian Ansaldi- 10 milyon avroya "Cenoa"dan alınan futbolçu "İnter"in növbəti peşmançılığı olub. Sonradan "Torino"ya icarəyə verilib


Caner Erkin- "İnter" türk futbolçunu "Fənərbaxça"dan transfer haqqı ödəmədən heyətinə qatıb. Lakin heyətə düşə bilməyən futbolçu "Beşiktaş"a icarəyə verilib. Daha sonra İstanbul klubu onun transfer hüququnu alıb


Kvadvo Asamoah- Milan klubu 2,4 milyon avroy aldığı futbolçudan hələlik razıdı


Dalbert Enrike- 2017-ci ildə 21,7 milyon avroya "Nitsa"dan transfer olunan braziliyalı ümidləri doğrulda bilməyən. Lakin klub hələ də ödənilən pulun xətrinə ona səbr edir


Sime Vrsalko- 6,5 milyon avroya "Atletiko"dan icarəyə götürən xorvat futbolçu zədə səbəbindən mövsümü başa vurub


Sedrik Soares- "Sautqempton"dan icarəyə götürülən futbolçu ilə bağlı hələ qərar verilməyib. "İnter" onun transfer hüququnu almaq istəsə, 11 milyon avro ödəməlidi


Fanat.Az

Xəbər lenti