Xəzər Xəbər

Almaniya klubu baş məşqçisini qovdu

İdman | 14:36 • 13 Fevral 2019
Almaniya klubu baş məşqçisini qovdu

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Almaniyanın "Nürnberq” klubu baş məşqçisi Mixael Kellner və idman direktoru Andreas Bornemannla yollarını ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Baş məşqçi və idman direktorunun vəzifəsindən göndərilməsinə səbəb, komandanın son oyunlardakı uğursuz çıxışı olub.

"Nürnberq”in sabiq futbolçusu, 2003-2011-ci illər aralığında Bundesliqa təmsilçisinin formasını geyinən Marek Mintal müvəqqəti olaraq, komandanın baş məşqçisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, "Nürnberq” 21 turdan sonra 12 xalla turnir cədvəlində son pillədə qərarlaşıb.(teleqraf.com)

Xəbər lenti