Xəzər Xəbər

“Fənərbağça” "Zenit"i məğlub edib

İdman | 09:22 • 13 Fevral 2019
“Fənərbağça”  "Zenit"i məğlub edib

Fevralın 12-də UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin ilk görüşü keçirilib.


Xezerxeber.az xəbər verir ki, İstanbulun "Şükrü Saracoğlu” stadionunda keçirilən görüşdə "Fənərbağça” Rusiyanın "Zenit” klubunu qəbul edib.


Görüş İstanbul təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb -1:0.


Matçın yeganə qoluna 21-ci dəqiqədə İslam Slimani imza atıb. Oyunun 44-cü dəqiqəsində Peterburq təmsilçisinin heyətində Mak penaltidən yararlana bilməyib.


Bu komandalar arasında cavab qarşılaşması fevralın 21-də keçiriləcək.

Xəbər lenti