UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə iki oyunla start verilib.
Xezerxeber.az xəbər verir ki, günün mərkəzi qarşılaşması İngiltərədə "Mançester Yunayted”lə Fransanın PSJ klubu arasında keçirilib. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Fransa klubunun heyətində Kimpembe və Mbappe fərqləniblər.
Günün digər matçı isə Romada oynanılıb. "Roma” doğma "Olimpiko” stadionunda "Portu”dan üstün olub – 2:1. Meydan sahiblərinin heyətində Zaniolo dubl edib, qonaqlardan isə Adrian adını tabloya yazdırıb.
Bu komandalar arasında cavab qarşılaşmaları martın 6-da keçiriləcək.