Xəzər Xəbər

Marselo "Real"dan gedənlər üçün darıxır

İdman | 16:17 • 12 Fevral 2019
Marselo "Real"dan gedənlər üçün darıxır

"Real”ın müdafiəçisi Marselo "Marka”ya danışıb.

Braziliyalı müdafiəçi Madrid klubundan ayrılan sabiq komanda yoldaşları üçün darıxdığını söyləyib:

"Ronaldonun ailəsi və rəfiqəsi ilə əla münasibətlərim var idi. Doqquz il bir yerdə oynamışıq. Onun gedişindən sonra qüssələnməyim normaldı. Kiko Kasilianın (qoliper hazırda Çempionşipdə - "Lids”dədi) gedişinə də üzüldüm. O, həmişə paltardəyişmə otağında yanımda otururdu. Hər gün "necəsən, Kiko” deyə əhvalını soruşurdum. Amma indi yanımda heç kəs yoxdu. Hə, ispanca bilməyən Qaret Beyl digər tərəfimdə əyləşir. Beyllə yalnız jestlərin köməyi ilə ünsiyyət qururuq”.

Qeyd edək ki, Marselonun "Yuventus”a – Ronaldonun yanına yollanmaqda maraqlı olduğu deyilir.

Fanat.Az

Xəbər lenti