Xəzər Xəbər

Azərbaycanlı gimnast Polşada qızıl medal qazanıb - FOTO

İdman | 14:58 • 10 Fevral 2019
Azərbaycanlı gimnast Polşada qızıl medal qazanıb -

Fevralın 8-10-da Polşanın Sosnoviç şəhərində Beynəlxalq Bədii Gimnastika Federasiyasının dəstəyi ilə bədii gimnastika üzrə "Beynəlxalq Sosnoviç Qış Kuboku – 2019” yarışması keçirilib.


Yarışda Polşa ilə yanaşı, Macarıstan, Ukrayna, Çexiya, Slovakiya, Sloveniya, Portuqaliya, Bolqarıstan, İsrail və Avstriyanın 20-dən çox klubunun mübarizə apardığı turnirdə Azərbaycanı 8 yaşlı gimnastımız Mina Abbasova təmsil edib.


O, 2010-cu il təvəllüdlü gimnastlar arasında keçirilən fərdi yarışlarda fəxri kürsünün ən yüksək pilləsini tutaraq qızıl medala layiq görülüb.


Qeyd edək ki, Mina Abbasova artıq 3 ildir ki, Budapeşt şəhərində fəaliyyət göstərən beynəlxalq dərəcəli hakim Lyubov Bernat və İnga Mackusun rəhbərlik etdiyi "Rus RG Sport” klubunda peşəkar səviyyədə məşğul olur. 5 yaşından başlayaraq iştirak etdiyi bütün beynəlxalq yarışlarda valideynlərinin işi ilə bağlı müvəqqəti yaşadığı ölkəni – Macarıstanı təmsil etsə də, ötən ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi "Gracia” kuboku turnirindən sonra Azərbaycan bayrağı altında çıxış edir. (AZƏRTAC)

Xəbər lenti