Xəzər Xəbər

İspaniya La Liqasının 23-cü turunun mərkəzi qarşılaşması keçirilib - NƏTİCƏLƏR

İdman | 09:35 • 10 Fevral 2019
İspaniya La Liqasının 23-cü turunun mərkəzi qarşılaşması keçirilib -

Fevralın 9-da İspaniya La Liqasının 23-cü turunun mərkəzi qarşılaşması keçirilib.


Xezerxeber.az xəbər verir ki, Madriddə "Atletiko" doğma meydanda "Real"ı qəbul edib. İlk dəqiqələrdən hər iki komanda bir-birinin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Qarşılaşmanın 16-cı dəqiqəsində künc ötürməsindən sonra "Real"ın braziliyalı futbolçusu baxımlı qola imza atıb - 0:1. Qoldan sonra hücumların kəsərini artıran "Atletiko" matçın 25-ci dəqiqəsində tarazlığı bərpa edib. Antuan Qrizman adını tabloya yazdırıb - 1:1. Birinci hissənin başa çatmasına 2 dəqiqə qalmış oyunun baş hakimi meydan sahiblərinin qapısına 11 metrilik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Serxio Ramos fülsəti əldən verməyib - 1:2. Birinci hissə "kral" klubunun xeyrinə başa çatıb.


Qarşılaşmanın ikinci hissəsinin 74-cü dəqiqəsində "Real" yenidən fərqlənib. Meydana sonradan daxil olan Qaret Beyl oyunda son nöqtəni qoyub.


Bu qələbə sayəsində "Real Madrid" xallarının sayını 45 çatdıraraq ikinci pilləyə yüksəlib, "Atletiko Madrid" isə 44 xalla üçüncü yerdə qərarlaşıb.


Turun ilk günündə keçirilən digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb.


"Real Valladolid" - "Villyareal" - 0:0;


"Xetafe" - "Selta Viqo" - 3:1.

Xəbər lenti