Xəzər Xəbər

Əfsanəvi boksçu karyerasını başa vurur

İdman | 17:25 • 24 Yanvar 2019
Əfsanəvi boksçu karyerasını başa vurur

Qarışıq döyüş növləri (MMA) üzrə əfsanəvi boksçu Fyodor Yemelyanenko aldığı zədələr və yaşı ilə əlaqədar karyerasını başa vurmağı düşünür.


Xezerxeber.az xəbər verir ki, 42 yaşlı idmançı bu barədə qərarını amerikalı boksçu Rayan Beyder ilə qarşılaşma ərəfəsində açıqlayıb.


"Karyeramı başa vurmaq barədə indi daha çox düşünməyə başlamışam. Bu qərara gəlməyimin səbəbi döyüşmək istəməməyim deyil. Sadəcə yaşım və zədələr artıq özünü göstərir”, - deyə o, bildirib.


Qeyd edək ki, F.Yemelyanenko karyerası ərzində 38 döyüşdə qələbə qazanıb, beş görüşdə məğlub olub. R.Beyder isə qarşılaşmalarda 26 dəfə qalib gəlib, 5 dəfə məğlubiyyətə uğrayıb. Boksçular arasında final qarşılaşması yanvarın 27-də Los-Ancelesdə keçiriləcək.

Xəbər lenti