Xəzər Xəbər

"Tottenhem" Yanssenə klub axtarır

İdman | 15:22 • 24 Yanvar 2019
"Tottenhem" Yanssenə klub axtarır

"Tottenhem" transferə çıxardığı Vinsent Yanssenə klub axtarmağa başlayıb.

Bu barədə London klubunun baş məşqçisi Maurisio Poçettino məlumat verib. Argentinalı mütəxəssis bildirib ki, hollandiyalı futbolçu 1,5 ildir ki, planlarında deyil və bu səbəbdən də klub forvarda yeni komanda axtarır.

Qeyd edək ki, "Tottenhem" Hollandiya millisinin üzvünü 2016-cı ildə "Alkmaar"dan 22 milyon avroya transfer edib. 24yaşlı futbolçucari mövsüm zədə səbəbindən oynamayıb. Yanssen ötən mövsümü icarə əsasında "Fənərbağça"da keçirib.

Xəbər lenti