Xəzər Xəbər

PSJ "Qalatasaray"ın futbolçusunu transfer edir

İdman | 13:41 • 24 Yanvar 2019
PSJ "Qalatasaray"ın futbolçusunu transfer edir

PSJ "Qalatasaray"ın futbolçusunu transfer etmək istəyir.


Fransa mediası xəbər verir ki, Paris klubu Fernandoya elçi düşüb.


PSJ Adrien Rabiotu "Barselona" ilə danışıqlar apardığı üçün heyətdən kənarlaşdırandan sonra da bu futbolçunu heyətinə qatmaq istəmiş, amma sonradan transferdən imtina etamişdi.


Marko Verratinin "Genqam"a 9:0 hesabı ilə qalib gəldikləri oyunda ağır zədə alması braziliyalının transferini yenidən gündəmə gətirib. İddialara görə, PSJ Fernando üçün "Qalatasaray"a 6-7 milyon avro təklif edəcək.


Qeyd edək ki, "Qalatasaray" Fernandonu 2017-ci ilin yayında "Mançester Siti"dən 6 milyon avroya alıb. Cari mövsümdə 18 rəsmi oyuna çıxan 31 yaşlı yarımmüdafiəçi 1 qol vurub və 3 məhsuldar ötürmə edib.


Fanat.Az

Xəbər lenti