Xəzər Xəbər

"Milan"dan 35 milyon avroluq transfer

İdman | 12:54 • 24 Yanvar 2019
"Milan"dan 35 milyon avroluq transfer

"Milan" "Çelsi"yə üz tutan Qonsalo İquainin boşluğunu doldurub.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" "Cenoa"dan Kşiştoş Pyonteki 35 milyon avro qarşılığında transfer edib. Polşa millisinin üzvü ilə 4,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 23 yaşlı hücumçu cari mövsüm 23 oyuna 20 qol vurub.

Xəbər lenti