Xəzər Xəbər

Yunanıstan mətbuatı "Neftçi"ni hədəfə aldı Qeyri-qanuni müqavilə imzalanıb

İdman | 15:36 • 23 Yanvar 2019
Yunanıstan mətbuatı "Neftçi"ni hədəfə aldı

"Neftçi” növbəti transferini gerçəkləşdirib.

"Flaqman” yunanıstanlı futbolçu Vanqelis Platellası heyətinə qatıb.

Yeni transferi klubun sosial şəbəkə hesabında yayımladığı video ilə açıqlanıb. Məlumata görə, paytaxt təmsilçisi sağ cinahda oynayan futbolçu üçün 50 min avro ödəyib. O, ilyarımlıq müqavilə müddətində 300 min avro maaş alacaq.

Lakin Yunanıstan mətbuatı bu keçidin qeyri-qanuni olduğunu iddia edib. Belə ki, futbolçunun son məxsus olduğu klub OFİ-dən razılıq alınmadan transfer gerçəkləşdirildiyi iddia edilib.

"Neftçi” isə bu iddianı təkzib edib. Bildirilib ki, yeni futbolçu komandanın Antalyadakı düşərgəsində keçirəcəyi yoxlama oyununa qatılacaq./publika

Xəbər lenti