Xəzər Xəbər

Eden Hazard: Evdə 3 “Qızıl top”um var

İdman | 14:54 • 23 Yanvar 2019
Eden Hazard: Evdə 3 “Qızıl top”um var

İngiltərənin "Çelsi” klubunun hücumçusu qalmaqallı müsahibə verib.


AZƏRTAC "France Football” saytına istinadla xəbər verir ki, 28 yaşlı belçikalı futbolçu heç vaxt şəxsi mükafatların marağında olmadığını bildirib.


Belçika millisinin hücumçusu sayta verdiyi müsahibədə deyib: "Statistika mənə lazım deyil. Cari mövsümü 30 qol və 20 məhsuldar ötürmə ilə bitirsəm hamı məni tərifləyəcək. Hətta bütün oyunları uduzsaq belə. Evdə 3 "Qızıl top”um var. Mənim üçün həyatda ən dəyərli mükafat övladlarımdır”.


Qeyd edək ki, Hazard cari mövsümdə 28 oyun keçirib və 12 dəfə rəqib qapısına yol taparaq İngiltərə Premyer Liqasında bombardir mövqeyini qoruyur.

Xəbər lenti