Xəzər Xəbər

Kevin De Brüyne “Real Madrid”ə keçməkdən imtina edib

İdman | 19:27 • 22 Yanvar 2019
Kevin De Brüyne “Real Madrid”ə keçməkdən imtina edib

Belçika millisinin və İngiltərənin "Mançester Siti” klubunun futbolçusu Kevin De Brüyne "Real Madrid”ə keçməkdən imtina edib.


Xezerxeber.az xəbər verir ki, o "kral” klubunun təklifini "Mançester Siti”də xoşbəxt olduğu və bütün şərtlərin onu qane etdiyi üçün rədd edib.


Cari mövsüm belçikalı "Mançester Siti”nın heyətində 13 oyunda meydana çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


İngiltərə Premyer Liqasının turnir cədvəlində "şəhərlilər” 56 xalla ikinci pillədədirlər.

Xəbər lenti