Xəzər Xəbər

Matç zamanı futbolçuları ildırım vurub - 4 futbolçu ölüb

İdman | 15:29 • 22 Yanvar 2019
Matç zamanı futbolçuları ildırım vurub -

Burundidə keçirilən futbol oyunu zamanı ölüm hadisəsi qeydə alınıb.


Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Kiremba” və "Maranqara” komandaları arasında keçirilən yoldaşlıq oyununda stadiona ildırım düşüb. İldırım çaxması zamanı 6 futbolçu xəsarət alıb. Futbolçulardan ikisi yerindəcə, ikisi isə xəstəxanada dünyasını dəyişib. İki futbolçunun vəziyyəti isə ağırdır.

Xəbər lenti